/ / Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub

Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub

33 Baxış

Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Bu dəfəki görüş M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, idarə müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Görüşdən əvvəl məktəbin şəhid məzunlarının fotolarının yer aldığı xatirə lövhəsi önünə tər qərənfillər düzülüb, ruhlarına ehtiram ifadə edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə, “Açıq mikrofon” şəraitində keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlərin əsasını işlə təminat, ictimai nəqliyyatın vəziyyətinin yaxşılaşdırılması, bir sıra küçələrdə asfalt örtüyünün salınması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, içməli su xəttinin çəkilişi və digər məsələlər təşkil edib.

Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində ictimai nəqliyyatın optimallaşdırılması istiqamətində hazırda iş aparılır. Yaxın gələcəkdə şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub və bu məqsədlə aparılan danışıqlar davam edir. Bununla yanaşı, Gəncə şəhərindəki çoxmənzilli yaşayış binalarının həyətlərində “Abad məhəllə”lərin yaradılmasına başlanılıb ki, ilkin mərhələdə 10-dan çox həyətdə iş aparılacaqdır.

Qeyd edək ki, görüş zamanı səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.

Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub
Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub
Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub
Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub
Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub
Gəncədə şəhər rəhbərinin sakinlərlə növbəti səyyar görüşü baş tutub

FOTO / VİDEO
VİDEO