/ / Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib

Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib

257 Baxış

Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib

Gəncədə "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (UYD) tərəfindən icra olunan "Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində sərgi təşkil olunub. Sərgi Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatşılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb.

"Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində təşkil olunan sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, UYD-nin sədri Fərhad Abdulov, mədəniyyət, təhsil və səhiyyə işçiləri, tələbə və gənclər iştirak ediblər.

Sərgi barədə məlumat verən UYD-nin sədri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi Şuşa musiqiçilərinə aid sənədli abidələrin qorunması və təbliğidir. Layihə çərçivəsində Şuşa musiqiçilərinə məxsus 25 ədəd ağ-qara fotoşəkil rəqəmsal üsullar ilə bərpa olunub və rənglənib. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin şəkilləri yer alıb. Sözügedən şəkillər Azərbaycanın 8 regionunda sərgilənəcək. Gəncədən sonra növbəti sərgi Şəkidə baş tutacaq.

Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib

Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib

FOTO / VİDEO
VİDEO