/ / Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib

Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib

304 Baxış

Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialnda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, professor Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq ədəbi-bədii gecə keçirilib.

”İstiqlal şairi Əhməd Cavad” adı altında keçirilən tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra dahi şairin sözlərinə bəstələnən və musiqisi Üzeyir Hacıbəyovun olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

15 saylı kitabxana filialının müdir əvəzi Şəhla İlyasova çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2022-ci ildə Əhməd Cavadın 130 illiyinin qeyd olunduğunu bildirib. Şəhla İlyasova adı milli azadlıq və istiqlal ideaları ilə bağlı olan Əhməd Cavadın həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Ədəbi-bədii gecədə görkəmli şairin nəvəsi Süleyman Axundzadə və xanımı, o cümlədən şairin kötücəsi Nərgiz Əhməd qızı, müasir Azərbaycan yazıçısı, jurnalist, dramaturqu, publisist Nüşabə Əsəd Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri Sənubər Qocayeva, Gülnar Rzayeva, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış edərək şairin yaşadığı qısa, lakin şərəfli ömür yollarından danışıblar.

Tədbirdə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin istedadlı şagirdləri tərəfindən şairin sözlərinə bəstələnən əsərləri və şeirləri səsləndiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib
Gəncədə "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirilib

FOTO / VİDEO
VİDEO