/ / Gəncədə “Alı zirvəsi” filminin təqdimantı keçirilib - VİDEO

Gəncədə “Alı zirvəsi” filminin təqdimantı keçirilib - VİDEO

100 Baxış

Gəncədə “Alı zirvəsi” filminin təqdimantı keçirilib -

Gəncə Şəhər İcra Hakimiyyəti və Milli Kino Mərkəzinin təşkilatçılığı, YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin həyat və yaradıcılığına həsr olunmuş “Alı zirvəsi” sənədli filminin təqdimatı baş tutub. Milli Qəhrəman Alı Mustafayevin 70 illik yubileyinə həsr olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları və tələbə-gənlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Alı Mustafayev istedadlı jurnalist, yanar ürəkli, kövrək qəlbli, içi sevgidən aşıb-daşan şair, çox dəyərli ailə başçısı, övladlarına, ailəsinə bağlı ata, ölənə kimi sevgisinə sadiq qalan ömür-gün yoldaşı olub. Alı Mustafayev, erməni hərbiləşdirilmiş birləşmələrinin Azərbaycana hücumu dövründə qaynar döyüş nöqtələrindən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. O, 1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində həlak olub.

Daha sonra “Alı zirvəsi” sənədli filminin təqdimatı baş tutub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmdə Alı Mustafayevin ailə üzvləri, tələbəlik və iş yoldaşlarının Milli Qəhrəmanla bağlı xatirələri yer alır. Sənədli filmdə Alı Mustafayevin peşəsinə olan marağından, Vətəninə olan bağlılığından bəhs olunur.Filmdə 1990-cı illərin əvvəllərində lentə alınan bir sıra arxiv kadrlardan da istifadə edilib.

Qeyd edək ki, Alı Mustafayevin 70 illik yubileyinə həsr olunan silsilə tədbirlər Qərb bölgəsinin digər şəhər və rayonlarında da təşkil edilib.

FOTO / VİDEO
VİDEO