Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırılır
Gülnar Fazilqızı
06-04-2022 15:43
28 Baxış
Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov və Federasiyanın baş katibi Rəşad Rəsullu Gəncədə olublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən qonaqlar, Gəncə şəhərində cüdo mərkəzinin inşası ilə bağlı geniş müzakirələr aparıblar. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov da iştirak ediblər.
Niyazi Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. Cüdo mərkəzinin inşasının Gəncə şəhərində bu idman növünün inkişafına təkan olacağını qeyd edib.
Daha sonra Federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.