/ / “Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi Gəncədə yeni layihənin icrasına başlayıb

“Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi Gəncədə yeni layihənin icrasına başlayıb

323 Baxış

“Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi Gəncədə yeni layihənin icrasına başlayıb

“Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgulluq imkanlarının artırılmasına ictimai diqqətin artırılması” layihəsinin icrasına başlayıb.

Layihənin icrası Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində həyata ke-çiriləcək.

Layihənin məqsədi peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılmasina ictima diqqətin artırılmasıdır.

Layihə çərçivəsində, peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşğulluq və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək və stimullaşdırmaq məqsədilə “Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyasının, “Biznes planın hazırlanması” mövzusunda seminarların kecirilməsi və biznes planın hazırlanması üçün“Sərmayə Planı”,“Satiş Proqnozu Planı”,“Tədarük Planı”,“Digər Xərclər”,“Gəlir və Xərclər Planı” alt mövzularında məsləhət xidmətinin təşkili nəzərdə tutulur.

Layihə fəaliyyətləri aşağıdakı əsas tədbirlərdən ibarətdir:
• Layihənin mövzusu, məqsəd və vəzifələri haqqında ictimai məlumatlandırma görüşlərinin keçirilməsi
• “Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyasının keçirilməsi
• “Biznes planın hazırlanması” mövzusunda seminarların kecirilməsi
• “Sərmayə Planı”,“Satiş Proqnozu Planı”,“Tədarük Planı”,“Digər Xərclər”, “Gəlir və Xərclər Planı” alt mövzularında məsləhət xidmətinin təşkili
• Layihənin uğur nəticələrinin informasiya portallarında və sosial şəbəkələrdə yayımlanması

Layihə fəaliyyətləri nəticəsində peşə təhsili alan və təhsilini başa vurmuş 24 nəfər gənc özünüməşğulluq və sahibkarliq fəaliyyətinin təşkili ilə bağlı bilik və bacarıqlar, praktik vərdişlər əldə edəcəkdir. Onların müstəqil biznes plan hazırlamq bacarıqları artıracaqdırlar. Layihəyə cəlb edilmiş gənclər özünüməşğulluq və sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi, xusisən biznes planın hazırlanması sahəsində göstəriləcək 32 məsləhət xidmətindən faydalanacaqdır.

Hədəf seçilmiş peşə təhsili müəssisələrinin məzunları və şagirdləri tərəfindən 12 biznes ideya-nın irəli sürülməsi, 8 biznes planın hazırlanması proqnozlaşdırılır.

Əldə ediləcək uğur göstəriciləri özünüməşğulluq və sahibkarlığın inkişafı ilə bağlı həyata keçi-rilən proqramlara əlavə bir töhfə olacaqdır.

FOTO / VİDEO
VİDEO