/ / “Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

324 Baxış

“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncə şəhərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi" layihəsinin fevral ayından icrasına başlayıb. Layihənin müddəti 3 aydır.

Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsidir.

Layihə çərçivəsində 30 xüsusi qayğıya ehtiyacı olan uşaq üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunublar.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

FOTO / VİDEO
VİDEO