/ / Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

193 Baxış

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin iştirakı ilə reyd keçirilib. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib.

Gəncənin Nizami prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Bununla yanaşı, şəhər rəhbəri mağaza sahibləri və satıcılarla söhbət edib, qiymətlərlə maraqlanıb. Onlara süni qiymət artımına yol verməmələri tövsiyə olunub.

Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını, şəhərin ümumi görünüşünə xələl gətirdiyini, həmçinin səkilərdə hərəkət zamanı çətinliklər törətdiyini bildiriblər.

Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Reydlər bundan sonra da davam etdiriləcək.

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

FOTO / VİDEO
VİDEO