/ / Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib

311 Baxış

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib

Xəbər verdiyimiz kimi, 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əiyevin müvafiq Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin bir neçə əməkdaşı təltif ediliblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafizəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Gültəkin Qasımova “Tərəqqi”, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Nəsib Axundov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Bununla yanaşı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərman Rüstəmov isə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.

Bu gün medallar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən əməkdaşlara təqdim edilib. Şəhər rəhbəri hər birini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib

FOTO / VİDEO
VİDEO