/ / Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb

282 Baxış

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb

Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə şəhid ailələri və qazilər də iştirak ediblər.

Qəbula gələn vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi və digər məsələlər üstünlük təşkil edib.

Şəhər rəhbəri sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Problemlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər ərazisində yaşayan şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi tərəfindən “Fəxri fərman”la təltif edilib. “Fəxri fərman” sakinlərlə keçirilən görüşdə İB-in İdarə Heyəti adından şəhər rəhbərinə təqdim olunub.

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb
Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb
Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb
Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb
Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb
Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb
Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb

FOTO / VİDEO
VİDEO