/ / Gəncədə “Qəhrəman övladlarının ekskursiyası” təşkil olunub

Gəncədə “Qəhrəman övladlarının ekskursiyası” təşkil olunub

334 Baxış

Gəncədə “Qəhrəman övladlarının ekskursiyası” təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyətinin təşkilatçılığı, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə Vətən Müharibəsi şəhidlərinin övladları üçün “Qəhrəman övladlarının ekskursiyası” adlı tədbir baş tutub.

“Qəhrəman övladlarının ekskursiyası” Gəncənin Heydər Əliyev Park-Komplkesindən başlayıb. Şəhid övladları Heydər Əliyev Mərkəzinin önündə Nizami Rayon İcra Hakimiyyətin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev tərəfindən qarşılanıblar. Birinci müavin balacaları şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq, onları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Balacalara Azərbaycan Dövlət İdarələri İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Gəncə Şəhər Komitəsi tərəfindən hazırlanan Yeni il hədiyyələri təqdim olunub.

Daha sonra şəhid övladları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin burada nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib.

Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkdirildikdən sonra şəhid övladları Gəncənin “İstiqlal” parkına gələrək, buradakı “Memorial Abidə Komplkesini” ziyarət ediblər. Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüblər.

“Qəhrəman övladlarının ekskursiyası” “Gəncland” istirahət və əyləncə mərkəzində davam edib. Burada onlar xüsusi hazırlanmış səhnəçiklərə tamaşa edib, müxtəlif atraksionlarda əyləniblər. Şəhid övladlarına istirahət və əyləncə mərkəzində olan aktraksionlardan ödənişsiz istifadə etmələri üçün xüsusi kartlar hədiyyə olunub.

Şəhid övladları və valideynlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

FOTO / VİDEO
VİDEO