/ / Gəncədə sagirdlərin sosial-emosional sağlamlığı ilə bağlı layihə icra olunur

Gəncədə sagirdlərin sosial-emosional sağlamlığı ilə bağlı layihə icra olunur

350 Baxış

Gəncədə sagirdlərin sosial-emosional sağlamlığı ilə bağlı layihə icra olunur

Gəncədə "Region ümumtəhsil orta məktəblərində sosial-emosional sağlamlığın inkişafı" layihəsinin icrasına başlanılıb. Lahiyə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilir.

Layihə çərçivəsində ilk seminar Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Seminar zamanı psixoloji maarifləndirmə, psixodiaqnostika, ilkin psixoloji yardım və psixokorreksiya mövzularını ətrafında söbət aparılıb.

Qeyd edək ki, layihənin məqsədi şagirdləri psixoloji problemlərin və bullinqin aradan qaldırılması ilə bağlı maarifləndirmək, onların əyani resurslarının və bacarıqlarının artırılması istiqamətində ilkin psixoloji yardım və psixokorreksiya metodikasını tədris etməkdir.

Layihə Gəncə şəhhəri ilə yanaşı Samux və Göygöl rayonlarında da həyata keçiriləcək və 5 ay davam edəcək.

Gəncədə sagirdlərin sosial-emosional sağlamlığı ilə bağlı layihə icra olunur
Gəncədə sagirdlərin sosial-emosional sağlamlığı ilə bağlı layihə icra olunur
Gəncədə sagirdlərin sosial-emosional sağlamlığı ilə bağlı layihə icra olunur

FOTO / VİDEO
VİDEO