/ / Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili

Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili

294 Baxış

Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, idarə müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının sifarişi ilə SƏS TV tərəfindən hazırlanmış “44 günlük Zəfər salnaməsi” sənədli filmi nümayiş etdirilib.

Konfransın moderatoru YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Böyük Qələbə, Şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olduğunu,dünya hərb salnaməsində dərin iz qoyduğunu qeyd edib. Orxan Əhmədov bildirib ki.Azərbaycanın qazandığı bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması təmin edilib.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib ki, Azərbaycan xalqı ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi görür: “Məhz Ppezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü və dayanıqlı iqtisadiyyat uğurla yaradılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilib. Bu günkü dövlətimiz tarixin ən qüdrətli Azərbaycanıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin bu möhtəşəm nəticəsini reallaşdıran isə, əlbəttə ki, möhtərəm Prezidentdir, onun uğurlu fəaliyyətidir”.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev “İlham Əliyev və səhiyyənin inkişafı”,AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov “İlham Əliyev: Zəfər və qəhrəmanlıq simvolu “, ADAU ərazi ilk partiya təşkilatının sədri, professor Azad Bayramov “İlham Əliyevin uğurlu təhsil siyasəti”, AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssislər Şurasının sədri, YAP Gəncə şəhər təşkilatının sədr müavini Elnur Həsənov “İlham Əliyev gənclərin ən böyük dostu və himayədarıdır” mövzularında çıxış ediblər. Xüsusi ilə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin“dəmir yumruğ”u təkcə tarixi ədaləti bərpa etmədi, eyni zamanda bölgənin yeni inkişaf mərhələsini formalaşdırdı.

Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili
Gəncədə "İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirili

FOTO / VİDEO
VİDEO