/ / “Gəncə İş Adamları” İctimai Birliyinin təqdimat mərasimi keçirilib

“Gəncə İş Adamları” İctimai Birliyinin təqdimat mərasimi keçirilib

324 Baxış

“Gəncə İş Adamları” İctimai Birliyinin təqdimat mərasimi keçirilib

Gəncə şəhərində “Gəncə İş Adamları” İctimai Birliyinin təqdimat mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin nümayəndələri, iş adamları, yerli və xarici investorlar, həmçinin, KİV nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən əvvəl Gəncədə fəaliyyət göstərən sənaye müəssisələrində istehsal edilən məhsulların sərgiləndiyi stendlərə baxış keçirilib.

Tədbirdə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncə Azərbaycanın iqtisadi həyatında önəmli rol oynayır. Burada 200-yə yaxın iri və xırda sənaye müəssisəsi var. Onlardan “Azəralüminium” MMC, “Gəncə Şərab -2” ASC, “NB Seramik” MMC, Gəncə Avtomobil Zavodu kimi müəssisələri qeyd etmək olar. Bu zavodlarda istehsal olunan məhsullar yerli bazarlarda satışa çıxarılır, Türkiyə, Rusiya, Amerika və digər xarici ölkələrə ixrac olunur. O vurğulayıb ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün hərtərfəli şərait yaradılıb. Dövlət tərəfindən iş adamlarına xüsusi diqqət göstərilir, güzəştlər edilir. Şəhər rəhbəri “Gəncə İş Adamları” İctimai Birliyinin də bu sahədə fayda verəcəyinə əminlik ifadə edərək, onların işinə uğurlar arzulayıb.

“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov İB-in Gəncə – Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təşkilatlanması və regionda çoxsaylı yeni iş yerlərinin açılması məqsədi ilə yaradıldığını bildirib. O qeyd edib ki, əsas hədəf Gəncə – Daşkəsən iqtisadi rayonundakı sahibkarlıq subyektlərinin fəliyyətinin genişləndirilməsi, maliyyə mənbələrinin tapılması və fəaliyyət prosesində yaranan maneələrin birgə aradan qaldırılması üçün dəstək göstərməkdir. Zəfər Məmmədov Gəncədə iqtisadi aktivliyin artması üçün sovet dövründən qalma köhnə müəssisələrin bazasında yeni istehsal sahələrinin yaradılmasını təklif edib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müavini Natiq Həsənov və digərləri Gəncədə tarixən sahibkarlıq ənənələrinin olduğunu, yeni fəaliyyətə başlayan “Gəncə İş Adamları” İctimai Birliyinin sahibkarları bir araya gətirəcəyini bildiriblər.

Qonaqlara “Gəncə İş Adamları” İctimai Birliyinin iş prinsipi, sahibkarlara yaradılacaq imkanlar, dəstək üsulları, xarici investorların bölgəyə marağı barədə geniş məlumat verilib. Qeyd edilib ki, üzv olmaq istəyən sahibkarlar, İB-in rəsmi “gia.org.az” internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.

FOTO / VİDEO
VİDEO