/ / Gəncədə "Zəfərdən Sonra" layihəsi həyata keçiriləcək

Gəncədə "Zəfərdən Sonra" layihəsi həyata keçiriləcək

539 Baxış

Gəncədə "Zəfərdən Sonra" layihəsi həyata keçiriləcək

QHT Dəstək Agentliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Qadın Mərkəzinin təşkilatçılığı, Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin, Sosial Xidmətlər Agentliyinin, Vəkillər Kollegiyasının, Dövlət Məşğulluq Agentliyinin, Ramada Plazanın tərəfdaşlığı ilə Gəncədə "Zəfərdən Sonra" layihəsi həyata keçiriləcək.

Layihənin məqsədi şəhid ailələri, xüsusi ilə də şəhid anaları, şəhidlərin həyat yoldaşları və övladlarına hüquqi, psixoloji, sosial dəstək göstərməkdir.

Layihə çərçivəsində şəhid ailələri ilə birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər ediləcək, şəhid övladları üçün düşərgələr təşkil olunacaq, hüquqi, psixoloji və sosial yardımlar göstəriləcəkdir.

Layihənin açılış mərasimi 17 dekabr, saat 16:00-da Ramada Plazanın konfrans zalında baş tutacaq.

FOTO / VİDEO
VİDEO