/ / Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub

Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub

396 Baxış

Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində Viktor Szederkenyi və macarıstanlı iş adamları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə Azərbaycanda şəhərsalma imkanları üçün Macarıstanın “Ağıllı və yaşıl şəhər” həlləri və texnologiyalarının təqdimatı olub.

Qonaqları salamlayan Niyazi Bayramov səfir Viktor Szederkenyiyə Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, qədim tarixə malik olan Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncədə son illərdə sənaye sahəsi də inkişaf etməkdədir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır. Şəhər rəhbəri ötən ilin oktyabr ayında Gəncənin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu, nəticədə 26 mülki şəxsin şəhid olduğunu, 130-ya yaxın dinc sakinin isə yaralandığını qonağın diqqətinə çatdırıb. O bildirib ki, mülki əhalinin hədəf alındığı raket hücumları nəticəsində 4 minə yaxın yaşayış və qeyri-yaşayış sahəsi dağıdılıb, təhsil və mədəniyyət obyektlərinə, həmçinin dini məbədlərə ziyan dəyib.

Səfir Viktor Szederkenyi Gəncədə olmaqdan məmnunluq ifadə edib və əvvəlki gəlişi ilə müqayisədə şəhərdə infrastrukturun nəzərə çarpacaq dərəcədə inkişaf etdiyini bildirib. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” olduğunu, bunun Gəncə və gəncəlilər üçün xüsusi əhəmiyyət daşıdığını bildirən diplomat, bu münasibətlə icra başçısı və Aparatın məsul əməkdaşlarını təbrik edib. O həmçinin qeyd edib ki, Azərbaycanla Macarıstan arasında dostluq münasibətləri inkişaf etməkdə, bir sıra sahələrdə uğurlu əlaqələr qurulmaqdadır. Mövcud əlaqələri daha genişləndirmək niyyətində olduqlarını dilə gətirən səfir, başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin “yaşıl şəhər” sahəsində böük təcrübəyə malik olduqlarını və bir sıra təkliflərlə çıxış edəcəklərini bildirib.

Daha sonra Macarıstanın müxtəlif şirkətlərinin nümayəndələri öz məhsulları barədə ətraflı məlumat verib, təqdimatla çıxış ediblər. Təqdimatlar zamanı müasir “ağıllı” piyada keçidlərinin, günəş paneli ilə təchiz olunan oturacaqların, su sərfiyyatının azaldılmasına, elektrik enerjisinə qənaət edilməsinə xidmət edən bır sıra digər məhsullar barədə geniş məlumat verilib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub
Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub
Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub
Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub
Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub
Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub
Macarıstanın Azərbaycandakı səfiri Gəncədə olub

FOTO / VİDEO
VİDEO