/ / Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

415 Baxış

Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Gəncədə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz rayon İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Ümummilli liderin Gəncənin Heydər Əliyev Park-Kompleksində ucaldılan abidəsi də ziyarət olunub.

Səhər saatlarından başlayaraq şəhər sakinləri və kollektivlər dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Abidəni ziyarət edən tələbə-gənclər və şagirdlər daha sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada ziyarətçilərə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Gəncə şəhərinə səfərləri, həmçinin muzeydə nümayiş olunan müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanında və Heydər Əliyev Park-Kompleksində ucaldılan abidələri gün ərzində şəhər sakinləri tərəfindən ziyarət olunacaq.

FOTO / VİDEO
VİDEO