/ / Gəncədə “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib

Gəncədə “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib

12 Baxış

Gəncədə “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib

Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr.Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə imzalanan bu Sərəncam dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği üçün münbit şərait yaratmışdır. Nizami Gəncəvi irsinin təbliğinə Gəncə Şəhər İcra Hakimiyyəti də öz növbəsində töhvə vermiş, dahi şairin həyat və yaradıcılığı, habelə Nizami Gəncəvi haqqında tədqiqat və maraqlı məlumatların yer aldığı yeni sayt ərsəyə gətirilmişdir.

Təqdimat mərasimində çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Dr.Volfqanq Maniq, dahi şairin 880 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi Həftəsi” elan olunduğunu və bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Səfir “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə təşkil olunan tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyduğunu bildirib.

Daha sonra yeni istifadəyə verilən sayt qonaqlara təqdim olunub. Bildirilib ki, saytda Nizami Gəncəvi barədə məlumatların yerləşdirildiyi “Haqqında”, dahi şairin əsərlərinin yer aldığı “Xəmsə”, “Müdrik fikirlər”, habelə “Xəbərlər” və sair bölmələr mövcuddur. Saytda yer alan “Virtual tarix – 3600” bölməsi isə xüsusi diqqət çəkir. Bu hissə Nizami Gəncəvi Məqbərə Kompleksini, habelə Gəncənin tarixi abidələri, müasir binaları, müzey, park və xiyabanlarını “virtual” olaraq ziyarət etmək imkanı verir.

Tədbirdə çıxış edən AMEA-nin Gəncən Regional Bölməsinin sədri, akademik Fuad Əliyev, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli, “Gəncə İş Adamları” İctimai Birliyinin İdarə Heyətinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Zəfər Məmmədov sayt haqqında öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, Gəncədə yaşayıb-yaratmasına baxmayaraq, Nizami Gəncəvinin “Xəmsə”si dünyada geniş şöhrət tapıb. “Nizamiganjavi.az” saytı dahi şairin yaradıcılığının təbliğ olunması və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, “nizamiganjavi.az” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə Regional Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanmışdır.

FOTO / VİDEO
VİDEO