/ / Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

14 Baxış

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində almaniyalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Almaniya münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Niyazi Bayramov Böyük İpək Yolu üzərində yerləşən Gəncə şəhəri haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncəçay çayının hər iki sahilində yerləşən Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada yüngül və ağır sənaye, eyni zamanda yeyinti məhsulları istehsal edən müəssisələr fəaliyyət göstərir. Şəhər rəhbəri qeyd edib ki, Gəncə qədim zamanlardan elm və mədəniyyət mərkəzi hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsi Gəncədə yerləşir. Bununla yanaşı Azərbaycanda aqrar sahədə ixtisaslaşmış kadr yetişdirən yeganə universitet Azərbaycan Dövlət Aqrar Universiteti də məhz burada fəaliyyət göstərir. Gəncənin dünyanın bir sıra şəhərləri ilə əməkdaşlıq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Niyazi Bayramov, bənzər münasibətlərin Almaniya şəhərləri ilə də qurulmasının vacibliyini qeyd edib.

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq səmimi qəbula görə şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib, Gəncədə olmaqdan məmnunluq ifadə edib. O qeyd edib ki, sadəcə Azərbaycan yox, ümumilikdə Qafqaz regionu üçün əhəmiyyətli şəhər olan Gəncə, yüksək iqtisadi potensiala malikdir. Səfir həmçinin Almaniya və Azərbaycan arasında olan tarixi və mədəni əlaqələrə də nəzər salıb. O qeyd edib ki, Almaniyanın Gəncə ilə münasibətlərinin tarixi 200 ildən artıqdır. “Alman həmvətənlərim 200 il əvvəl Göygöl yaxınlığında bir qəsəbədə məskunlaşıblar ki, bu da Gəncə ilə Almaniya arasında münasibətlərin nə dərəcədə intensiv olmasını bir daha göstərir. Gəncədə alman izlərinin qorunub saxlanılması da oluqca təqdirəlayiqdir” – deyə, səfir bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, törədilmiş hərbi cinayətlərin izləri ilə yerində tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 130-a yaxın şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Almaniyanın ölkəmizdəki səfiri bütün müharibə qurbanlarının, xüsusilə 1 il əvvəl həlak olmuş şəxslərin xatirəsi qarşısında baş əydiklərini vurğulayıb. “Sivil, dinc əhali arasında olan qurbanlar bizə müharibənin bir daha baş verməməsi üçün əlimizdən gələn hər şeyi etməli olduğumuzu bir daha xatırladır. Biz çalışmalıyıq ki, regionda sülh və əmin-amanlıq olsun, qırğınlar bir daha baş verməsin” – deyə o, qeyd edib.

Ermənistanın silahlı qüvvələrinin Gəncədə törətdikləri terror aktları nəticəsində həlak olan mülki şəxlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzülüb.

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Səfir Volfqanq Maniq Nizami Gəncəvi Məqbərə Kompleksində də olub. O, dahi şair və müətəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvi yaradılıcığı və zəngin irsi barədə ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Müzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Şərq dünyası ədəbiyyatı" mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin məruzəsi dinlənilib.

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

FOTO / VİDEO
VİDEO