/ / Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

29 Baxış

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Gəncədə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri və qazilər Gəncə Şəhər İcra Hakimiyyəti, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən mütəmadi olaraq ziyarət olunurlar. Eyni zamanda, Vətən müharibəsi iştirakçıları da diqqətdə saxlanılırlar.

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı Orucov İlqar Rəhman oğlu ilə görüşüblər. Görüşdə qəhrəman İlqar Orucov döyüş xatirələrini bölüşərək Vətən müharibəsinin ilk günündən başlanılan əks hücum əməliyyatı zamanı Murovdağ istiqamətində bir neçə strateji yüksəkliklərin düşməndən azad edilməsi və düşmənin canlı qüvvəsinin, döyüş texnikaların darmadağın edilməsinə nail olduğunu bildirib. Döyüşlərin gedişatında Cəbrayıl, Füzuli şəhərləri daxil olmaqla həmin rayonların ümumilikdə 25-dən cox kəndlərinin, Xocavənd rayonunun isə 15-ə yaxın kəndlərini düşmən işgalından azad edilməsində tabeçiliyindəki şəxsi heyətlə iştirak edərək, həmin əraziləri düşmən tapdağından təmizləyib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Resublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adını alıb.

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Görüşün sonunda Vətən Müharibəsi Qəhrəmanı İlqar Orucova qrafik-dizayner Aslan Sultanovun hazırladığı portret hədiyyə olunub.

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Daha sonra rəsmilər Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Əliyev Xəlil Novruz oğlunun xatirəsinə inşa edilən memorial abidəni ziyarət ediblər. Xəlil Əliyevin atası Novruz Əliyevlə görüş zamanı, oğlunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Novruz Əliyev bildirib ki, oğlunun şəhid olma xəbərini digər övladının toyu günü öyrənib. 1972-ci ildə Gəncədə anadan olan Xəlil Əliyev, o zaman döyüşlərə könüllü olaraq qoşulub. Ağdam rayonunda Şuşa batalyon sıralarında döyüşən Xəlil, Qarakənd yaşayış məntəqəsində 20 nəfərlik qrupla mühasirəyə düşüb. Orada ağır yaralanmasına baxmayaraq 19 nəfərin xilas olunmasını təmin edib. Əsir düşməsin deyə, son gülləsi ilə özünü vuraraq 19 sentyabr 1992-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Eyni zamanda, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların bir qrup əməkdaşı Gəncənin Ermənistan silahlı qüvvəlləri tərəfindən raket atəşinə tutulması nəticəsində həyatını itirən 13 yaşlı Artur Mayakovun yaxınlarını ziyarət ediblər.

Gəncədə qazi və şəhid ailələri ziyarət olunurlar

Ziyarət zamanı qeyd olunub ki, beynəlxalq normalara zidd olan, hətta döyüş bölgələrində belə istifadəsi qadağan olunan ballistik raketləri dinc əhalinin yaşadığı əraziyə atmaqla insanlıq normalarından çox uzaq, vəhşi və vandal olduqlarını bir daha sübut etdilər.

13 yaşlı şəhidin yaxınları onlara göstərilən dəstək və diqqət üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

FOTO / VİDEO
VİDEO