/ / Ukraynalı jurnalistlər Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlərin izləri ilə tanış olublar

Ukraynalı jurnalistlər Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlərin izləri ilə tanış olublar

16 Baxış

Ukraynalı jurnalistlər Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlərin izləri ilə tanış olublar

Ölkəmizdə səfərdə olan ukraynalı jurnalistlər Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət ediblər. Xarici qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları müşayiət ediblər.

Ermənistan tərəfindən törədilən hərbi cinayətlərin izləri ilə yerində tanış olan xarici KİV nümayəndələrinə məlumat verilib ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutub, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışıb. İşğalçı dövlətin silahlı qüvvələri bununla da beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozublar.

Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Gəncə şəhərində səfərdə olan ukraynalı jurnalistlərdən ibarət nümayəndə heyətinin üzvü, “İnformasiya müqaviməti” qrupunun hərbi eksperti Aleksandr Kovalenko, bu müharibə cinayətinin cəzasız qalmamalı olduğunu bildirib. “Ermənistan Azərbaycanın Gəncə şəhərində hansısa hərbi obyektlərə zərbə endirmək adı altında dinc əhaliyə qarşı cinayət törədib. Fikrimcə, bu məsələyə birbaşa beynəlxalq məhkəmə instansiyalarında baxılmalıdır” – deyə o vurğulayıb.

Ukraynalı jurnalistlər Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlərin izləri ilə tanış olublar
Ukraynalı jurnalistlər Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlərin izləri ilə tanış olublar
Ukraynalı jurnalistlər Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlərin izləri ilə tanış olublar

FOTO / VİDEO
VİDEO