/ / YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb

YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb

12 Baxış

YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşkilatçılığı ilə partiyanın ətraf bölgələri təmsil edən fəal gəncləri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.

Tədbirdə YAP GB sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və YAP Gənclər Birliyinin üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, partiya üzvləri ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

YAP GB-nin sədri Bəxtiyar İslamov AZƏRTAC-a müsahibəsində 11 rayonu təmsil edən gənclərlə birlikdə bu əraziləri ziyarət edib, şəhidlərin xatirəsini anmağı özlərinə borc bildiklərini deyib. Bildirib ki, ermənilər tərəfindən törədilən bu vandalizm aktları heç vaxt unudulmayacaq.

Gənclər Birliyinin üzvləri həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına dəstələri düzüblər.

YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb
YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb
YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb
YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb
YAP Gənclər Birliyi Gəncənin mülki şəhidlərinin xatirəsini anıb

FOTO / VİDEO
VİDEO