/ / Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

16 Baxış

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Məlum olduğu kimi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı keçirilir. Hər il ənənəvi olaraq 18-24 sentyabr tarixləri arasında keçirilən festival çərçivəsində növbəti tədbir Gəncə şəhərində baş tutub.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, ziyalılar, musiqisevərlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, tədbir iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayıb. O qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycanda professional musiqi sənətinin banisi hesab edilir. Musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan Üzeyir Hacıbəylinin göstərdiyi xidmətlər Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli yerə malikdir. Gəncədə təşkil olunan bu konsert proqramının “Nizami Gəncəvi İli”nə təsadüf etməsi isə musiqisevərlərdə ikiqat bayram ovqatı yaradıb.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Tədbirdə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bildirib ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu çərçivədə Gəncə şəhərində də silsilə tədbirlər keçirilib.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov bildirib ki, Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının ilk konsert proqramı azad Şuşada, dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı doğma şəhərdə təşkil olunub. Gəncədən sonra növbəti təbir isə Ağdamda baş tutacaq.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, musiqişünas Xatirə Həsənzadə Üzeyir Hacıbəyli yaradıcılığına nəzər salaraq, bəstəkarın Azərbaycan musiqisinin inkişafına verdiyi töhvələrdən danışıb. O qeyd edib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Rəsmi hissədən sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansablı (bədii rəhbər və dirijor Xalq artisti Ağaverdi Paşayev) konsert proqramı ilə çıxış edib. Konsertdə Əməkdar artist İlkin Əhmədov və Rəvanə Əmiraslanovanın ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiya, xanəndə Kazım Nicat Fəxrinin ifasında dahi bəstəkarın Nizami Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansı, Nərgiz Kərimovanın ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyası və digər əsərlər musiqisevərlərə təqdim olunub.

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib
Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib
Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib
Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

FOTO / VİDEO
VİDEO