/ / Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub

Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub

37 Baxış

Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının iştirakı ilə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, aparatın məsul işçisi Azər İbrahimov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, “CAVAD XAN” Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, uşaq musiqi və incəsənət məktəblərinin direktorları, habelə şəhər ziyalıları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçılarına 18 sentyabr – Milli Musiqi Günü, habelə Azərbaycanın dahi bəstəkarı, milli operamızın banisi, musiqişünas, pedaqoq, publisist Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib.

Daha sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Respublikanın Əməkdar artisti Elçin Elçiyevin rəhbərliyi ilə konsert proqramı baş tutub.

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev, baletmeyster Sənan Cavadov) və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında müxtəlif mahnı və rəqs nömrələri tamaşaçılara təqdim olunub. “Sənsiz” və “Sevgili canan” romansları, “Cahargah”, “İgidlər” və “Çobanlar” rəqs nömrələri, “Qarabağ şikəstəsi”, “Səni gözlər”, “Qarabağ”, “Göygölə gəl” və “Qara göz” mahnılar alqışlarla qarşılanıb.

Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbir iştirakçılarını 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə təbrik edib, musiqi heyətinə öz minnətdarlığını bildirib.

Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub
Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub
Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub
Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub
Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub
Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub
Gəncədə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konserti baş tutub

FOTO / VİDEO
VİDEO