/ / Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib

Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib

101 Baxış

Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib


Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsinin açılış mərasimi keçirilib. Gəncə şəhər 26 saylı orta məktəb-lisey kompleksində reallaşan tədbir pandemiya qaydaları gözlənilməklə açıq havada baş tutub. Açılış mərasimində Gəncə şəhər Təhsil İdarəsinin nümayəndəsi, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər eləcə də, media təmsilçiləri iştirak edib. Layihənin rəhbəri Nəzirə Qəmbərova giriş nitqi ilə çıxış edərək təhsilin gələcəyin pasportu olduğunu, sabah isə ona bu gündən başlayanlar üçündür deyib. Pedaqoq bildirib ki, ingilis dili fənninin inkişafında XXl əsrin bacarıqları vacib rol oynayır. Müasir təlim metodları ilə layihə, oyun problem əsaslı, həmçinin müstəqil öyrənmə üsulları şagirdlərin həm məktəbdə təhsil alarkən, həm də məzun olduqdan sonra həyatlarına təsir edir, onlar cəmiyyətdə öz mövqelərini qura bilirlər. Yeni tədris metodlarından bəhrələnən şagirdlərin məntiqi düşüncələri, əməkdaşlıq etmək qabiliyyətləri və ünsiyyət qurmaq bacarıqları təkmilləşir.

Tədbirdə digər çıxış edənlər də layihə əsaslı təlimdə şagirdlərin layihəyə fokuslandığını, müəllimin isə ona biliyini daha da dərinləşməsi üçün cığırlar açdığını, gələcəkdə ehtiyacı olacaq bacarıqların təməlini bu gündən qoyduğunu vurğulayıblar. Layihə, oyun, problem əsaslı təlimin köməyi ilə müəllimin şagirdin hansı yaradıcılığa malik olduğunu aşkarlayır və ona öhdəsindən gələ biləcəyi sualları təqdim edərək onu da fəal bir fərdə çevirir, artıq bu şagirddə əməkdaşlıq qurmağı bacarır. Bu təlim metodu vasitəsilə şagirdlər dünyanın digər yerlərindən olan şagirdlərlə də eyni mövzuda əməkdaşlıq edərək öz bilik və bacarıqlarını inkişaf etdirə bilirlər. Dərslərin layihə əsaslı təlim metodu ilə qurulması şagirləri daim fəal olmağa, axtarışlar etməyə, fikirlərini müstəqil ifadə etməyə, bir-biri ilə əməkdaşlıq etməyə köməklik edir. Şagirdlər onlara verilmiş tapşırığı yerinə yetirmək üçün əvvəlcədən araşdırmalar aparaq təqdimata hazırlaşırlar.

Koronavirus pandemiyasının, karantin vəziyyətinin təhsilimizə vurduğu zərərləri göz önünə gətirərək şagirdlərin əməkdaşlıq etməkdən, yaradıcılıq bacarıqlarını göstərməkdən geri qaldıqlarını daim müşahidə etdik. İndi qarşıda duran vəzifə yaxın zamanda təhsildə yaranmış bu boşluqları aradan qaldıraq, passiv şagirləri aktiv şagirdlərə çevirməkdir. Əməkdaşlıq əsasında qurulan bu təlim metodu şagirdlərin gələcəkdə müstəqil bir fərdə çevriləsində mühüm rol oynayacaq. Onlar daim öyrəndiklərinin mənimsəməli, gələcəklərinin uğurlu olmasında öyrəndiklərindən yararlanmalıdır. Layihə əsaslı təlim şagirdin gələcəkdə hansı peşəni seçməsinə də hazırlayır. Layihənin üstünlüyündən biri də layihə əsaslı təlimin ingilis dilində həyata keçirilməsidir, bu o deməkdir ki, şagird fikrini ingiliscə ifadə etməklə axtarışları ingilis dilində edəcək və əməkdaşlıq zaman ingilis dilindən yararlanmaqla şifahi və yazılı ingilis dilini mükəmməlləşdirəcək. Şagirdlər qrammatik biliklərini, lüğət ehtiyatlarını da layihə boyu verilən tapşırıqlar əsasında dərinləşdirəcəklər.

Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib
Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib
Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib
Gəncədə "Sabaha bu gündən başla" layihəsinin açılış mərasimi keçirilib

FOTO / VİDEO
VİDEO