/ / Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub

Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub

31 Baxış

Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə Vətən müharibəsi zamanı raket zərbəsindən zərər görmüş evlərdə aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı müzakirə olunub .

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, aparatın məsul işçilərinin, podrat işlərinin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqovun, podratçı şirkətlərin rəhbərlərinin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Müzadil Həsənovun iştirakı ilə keçirilən iclada bir sıra məsələlər müzakirəyə çıxarılıb.

İclasda şəhər rəhbəri tərəfindən zərərçəkmiş sakinlərin qaldırdıqları və onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb.Cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin tapşırığına əsasən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində bərpa və təmir-tikinti işləri davam etdirilir.

Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub
Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub
Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub
Gəncədə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub

FOTO / VİDEO
VİDEO