/ / Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

535 Baxış

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl azərbaycanlı alpinistlər Ramil Lətifoğlu, Qərib Tağızadə və Nübar Məmmədova Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən Elbrus dağını fəth etmək üçün yola düşmüşdülər. Gənc alpinistlərin hədəfi 5642 metr yüksəkliyə dırmanaraq, Avropanın ən yüksək zirvəsində Azərbaycanın dövlət bayrağını dalğalandırmaq idi...

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Gəncəli alpinist Ramil Lətifoğlu deyir ki, bu səfəri iki ildən çox idi ki, planşaldırırdılar: “Həyatımıza dəvətsiz daxil olan COVİD-19 və onun gətirdiyi fəsadlar bütün sahələrə olduğu kimi, idmana da öz təsirini göstərməkdədir. Alpinizm idman növünü dağlarsız təsəvvür etmək imkansızdır. Ona görə həyatın normala dönməsini və sərhədlərin açılmasını ən çox alpinistlər arzulamaqdadır. Son 2 ildə Avtopanın ən yüksək zirvəsi hesab olunan Elbrusa ekspedisiyalar da yox dərəcəsində idi. Alpinist Gərib Tağızadə ilə bu ekspedisiyanı 2 ildən artıq müddətdir ki planlayırdıq, lakin məlum səbəblərdən təxirə düşürdü. Avqust ayının 13-də bu ekspedisiyanı reallaşdırmaq üçün fürsət yarandı və biz də bu fürsəti qaçırmadan dəyərləndirdik”.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Zirvə yürüşü avqust ayının 13-ü gecə saatlarında dəniz səviyyəsindən 3888 metr yüksəklikdə yerləşən “Qora-Başi” düşərgəsinə yerləşməklə başlayıb. 14 avqust tarixində günüz saatlarında yağan qar və şiddətli soyuq akklimatizasiya yürüyüşlərini əngəlləsə də alpinstlər addım-addım hədəfə irəliləyiblər.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

“İlk gün 4200 metr, növbəti gün isə 4800 metr yüksəkliyə akklimatizasiya yürüyüşlərini gerçəkləşdirə bildik. Düşərgədə dünyanın ən güclü alpinisti, 6 ay 6 gün ərzində dünyanın 14 ən yüksək 8000 metrlik zirvələrini fəth edərək rekorda imza atan Nimsdai Purja ilə görüşməyimiz, bir neçə gün onunla söhbətləşməyimiz və zirvə yürüyüşünü onunla eyni gündə gerçəkləşdirməyimiz aplinist olaraq ən böyük şansımız idi. Dağçılar Nimsdai Purja yaşayan əfsanə olduğunu çox yaxşı bilərlər” – deyə, Ramil Lətifoğlu qeyd edir.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

10 ilə yaxındır alpinizmlə məşğul olan Qərib Tağızadə deyir ki, Böyük Qafqaz dağ silsiləsinin və Avropanın ən yüksək zirvəsini fəth etmək elə də asan deyil: “5642 metr yüksəkliyə malik Elbrus dağının gözəlliyi, möhtəşəmliyi ilə yanaşı, sərt üzü də var və bu gözardı edilməməlidir. Elbrus dağının sərt hava dəyişiklikləri alpinistlər üçün hər zaman çətinliklər yaradıb. Bu dağda həyatını itirənlər də az deyil”.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Hədəfə çataraq zirvəni fəth etməyin sevinci yaşayan alpinistlər, həmin anları belə təsvir edirlər:

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Ramil Lətifoğlu: “Zirvəyə dırmanmağa avqustun 16-sı gecə saat 2:50-də başladıq. Lakin 4 gün ərzində yağan şiddətli qar və çovğun, -18 dərəcə şaxta dırmanmaya xeyli əngəl törədirdi. Bütün çətinliklərə baxmayaraq, sabahın ilk işıqlarında, saat 7:04 də zirvəyə çatmağı bacardıq. Hər zirvədə olduğu kimi, Elbrus da da qalib Azərbaycanın şanlı üç rəngli bayrağını dalğalandırmaq, yaşadığımız ən böyük sevinclərdən biri idi”.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Qərib Tağızadə: “Bizdə olan məlumata görə məlum pandemiya ilə əlaqədar, demək olar ki, 2 ildir Azərbaycandan Elbrus dağına səfər edən alpinist olmamışdı. Biz, azərbaycanlı alpinistlər olaraq, Elbrus dağının gözəlliyinə həsrət qalan üç rəngli bayrağımızı zirvədə dalğalandırmağı bacardıq. Havanın son illərlə müqaisədə, zirvə yürüşü üçün əlverişsiz olması bizi zirvəyə 3 gün tez, zəif akklimatizasiya ilə və yorğun halda dırmanmağa məcbur etsə də bizdə alındı. Bu təkcə bizim yox, bütün Azərbaycan alpinizminin uğurudur deyə düşünürəm və bizə dəstək olan dostlarımıza dərin təşşəkkürümü bildirirəm”.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

İlk ciddi zirvə yürüşü təcrübəsini yaşayan və ixtisasca diş həkimi olan Nübar Məmmədova isə deyir ki, yürüş çətin olsa da, maraqlı və həyəcanlı idi: "Havanın sərtliyi həyacan veriridi, lakin həyacana baxmayaraq, zirvəyə olan maraq məni həvəsləndirirdi. Zirvə qədər, hədəfə aparan yolda özümü kəşf etmə istəyim də mənim üçün önəmli idi. Arzum daha çox Azərbaycan xanımlarını yüksək zirvələrdə görməkdir. Dağlara gedin, öz gücünüzü, iradənizi kəşf edin".

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Azərbaycanlı alpinistlərin növbəti hədəfi isə Orta Asiyada Tacikistan-Çin, Sincan-Uyğur Muxtar Rayonu sərhədlərində olan və Himalay dağlarının şimal silsilələrini təşkil edən Pamir sıra dağlandakı 7010 metr yüksəkliyə malik Xan Tengri zirvsini fəth edərək, Azərbaycanın şanlı bayrağını orada dalğalandırmaqdır.

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

Azərbaycanın üçrəngli dövlət rəmzi Avropanın ən yüksək zirvəsində dalğalandırılıb

FOTO / VİDEO
VİDEO