/ / Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

41 Baxış

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

Gəncədə Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə könüllü qanvermə aksiyası təşkil olunub. Sakinlər gün ərzində Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşaraq qan veriblər.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Prokuroru Azad Qarayev, aparatın məsul işçiləri, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Ölkədə tədbiq olunan karantin rejimi qaydalarına uyğun şəraitdə gerçəkləşən aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Gəncə şəhərində hazırda 100 hemofiliya, 120 talassemiya xəstəsi var.

Qeyd edək ki, qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib
Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib
Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

FOTO / VİDEO
VİDEO