/ / Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub

Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub

50 Baxış

Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub

Gəncə şəhərində açıq havada 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr edilən “Zəfər” motoyürüşü və rok konserti baş tutub.

Yürüş Gəncə şəhəri Gənclər Evi SXM, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə əməkdaşlığı və Gəncədə ilk dəfə yaradılan "MotoDrive" motosiklet satış və xidmət mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Ümumi yığıncaqla başlayan “Zəfər” motoyürüşündə 30-a yaxın motosiklet sürücüsü iştirak edib. Onlar şəhərin əsas küçə və prospektlərində xüsüsi qaydada aşağı sürətlə şəhər içi yürüş həyata keçiriblər.

Gələcəkdə Gəncə şəhərində motomədəniyyətin düzgün istiqamətdə inkişaf etməsi və formalaşmasını təmin etmək üçün bir sıra tədbirlərin keçirilməsi hədəflənir.

Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub
Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub
Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub
Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub

FOTO / VİDEO
VİDEO