/ / Gəncə şəhəri haqqında ingilis dilində tanıtım videosu hazırlanıb

Gəncə şəhəri haqqında ingilis dilində tanıtım videosu hazırlanıb

60 Baxış

Gəncə şəhəri haqqında ingilis dilində tanıtım videosu hazırlanıb

Gəncə Destinasiya Menecmentlik Təşkilatı Gəncə şəhəri haqqında ingilis dilində tanıtım videosu hazırlayıb. Azərbaycan Turizm Bürosunun beynəlxalq hədəf bazarları üçün təşkil etdiyi onlayn tanıtım vebinarlarında istifadə olunan videonun hazırlanmasında əsas məqsəd Gəncə şəhərinin tarixi, mədəniyyəti və gəzməli-görməli yerləri barədə xarici turistlərə ətraflı məlumat verməkdir.

41 dəqiqəlik tanıtım videosunda Nizami Gəncəvi Məqbərə Kompleksi, “İmamzadə” Dini Memarlıq Abidə Kompleski, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi, Şah Abbas - Cümə məscidi, Gəncə Dövlət Kukla Teatrının binası, Xan bağı və şəhərin digər tarixi əhəmiyyətli məkanları barədə ingilis dilində ətraflı məlumat yer alır.

Videonun hazırlanmasında Gəncə Destinasiya Menecmentlik Təşkilatının əməkdaşları və könüllüləri iştirak ediblər. Sözügedən tanıtım videosunu təqdim edirik.

FOTO / VİDEO
VİDEO