/ / Şəhid Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulub

Şəhid Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulub

17 Baxış

Şəhid Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulub

15 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü və təşkilatçılığı ilə II Qarabağ Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan mədəniyyət işçisi, Nizami Gəncəvi Məqbərəsinin əməkdaşı Məmmədov Hikmət Lətif oğlunun baralyefinin açılışı olub. Baralyef onun vaxtilə yaşadığı evin divarına vurulub.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, məsləhətçilər, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov, Gəncə Dövlət Filarmoniyasının direktor vəzifəsini müvəqqəti icra edən Elçin Elçiyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Ramail Atayev, Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov və şəhidin iş yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra şəhid atası Lətif Məmmədov baralyefin üzərində örtüyü götürüb. Baralyefin önünə təzə-tər qərənfillər düzülüb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirakçıları salamlayaraq, şəhid Hikmət Məmmədovun Vətən müharibəsinə könüllü olaraq getməsindən, göstərdiyi şücaətdən, şəhidlərimizə göstərilən dövlət qayğısından danışıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, şəhid iş yoldaşı, Nizami Gəncəvi Məqbərəsinin bələdçisi Hava Hüseynova və baralyefin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi, heykəltəraş Qasım Qasımov çıxış edərək şəhid Hikmət Məmmədovla bağlı xatirələrini bölüşüblər.

Lətif Məmmədov öz növbəsində baralyefin hazırlanmasına görə Regional idarənin rəisi Vasif Cənnətova, baralyefin müəllifi, heykəltəraş Qasım Qasımova və bütün iştirakçılara ailə üzvləri adından minnətdarlığını bildirib.

Qeyd edək ki, heykəltəraş Qasım Qasımov indiyədək təmannasız olaraq I və II Qarabağ müharibələrində 60 nəfərdən çox şəhidin büstünü və baralyefini hazırlayıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhid Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulub
Şəhid Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulub

FOTO / VİDEO
VİDEO