/ / "Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub

"Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub

64 Baxış

"Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub

Gəncə Dövlət Dram Teatrının təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Nizami Gəncəvinin poeziya işığında” adlı əbədi-bədii kompozisiya təqdim olunub. Tamaşa Gəncə Dövlət Dram Teatrının açıq səma altında olan ikinci səhnəsində (keçmiş Gəncə Dövlət Niami Poeziya Teatrı) lentə alınıb.

“Nizami Gəncəvi ili” çərçivəsində hazırlanan əbədi-bədii kompozisiyada dahi Azərbaycan şairi və böyük mütəfəkkir Nizami Gəncəvinin qəzəlləri səsləndirilmiş, ölməz eşq dastanlarına nəzər yetirilmişdir.

Nizaminin bütün qəzəlləri başdan-başa real insan sevgisi, insan əlaqəsi və münasibətləri tərənnüm olunur. Şeirlərin əsas təravəti ondadır ki, onlar həqiqətən yaşanılmış hiss və duyğuların ifadəsidir. Bu ifadələri isə teatrın kolletivi peşəkarlıqla tamaşaçılara çatdıra bilib.

Elman Mirzəyevin rəhbərliyi ilə Gəncə Humanitar Kollecin “Qədim Musiqi Alətləri” ansamblının ifası kompozisiyaya daha da rəng qatıb.

Kompozisiyanın bədii rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, reissorlar Elşad Əhmədov və Yusif Cəfərovdur. Əsas rollarda Respublikanın Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Sevda Orucova, Novruz Cəfərov, Rahilə Məmədova, Zəminə Cəfərova və digərləri iştirak edib. Nizami Gəncəvi obrazını isə Əməkdar artist Elxan Yunis canlandırıb.

Qeyd edək ki, bu Gəncə Dövlət Dram Tetarı tərəfindən “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanan sayca ikinci layihədir.

"Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub
"Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub
"Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub
"Nizami Gəncəvinin poeziya işığında" adlı əbədi-bədii kompozisiya təqdim olunub

FOTO / VİDEO
VİDEO