/ / Prezident Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməkdaşını təltif edib

Prezident Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməkdaşını təltif edib

79 Baxış

Prezident Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməkdaşını təltif edib

23 İyun Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əiyev bir sıra dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları Qasımova Gültəkin Məcid qızı “Tərəqqi”, Axundov Nəsib Asif oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Prezident Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməkdaşını təltif edib

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafizəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Qasımova Gültəkin Məcid qızı 19 dekabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1978-ci ildə Goranboy rayonu 7 illik Musiqi məktəbində əmək fəaliyyətinə başlayıb. 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub, 1987 - ci ildə Azərbaycan dili və Ədəbiyyat ixtisası müəllimliyini bitirib. 1983-cü ildə Gəncə şəhər Mədəniyyət İdarəsinin tabeliyində olan 6 saylı klubda fortepiano müəllimi vəzifəsində əmək fəaliyyətini davam etdirib. 1990-cı ildə Gəncə şəhər 5 saylı kluba kütləvi işlər üzrə rəhbər, 1994-cü ildə 5 nömrəli klubun müdiri, 1995-ci ildə Gəncə şəhər Mədəniyyət İdarəsinin nəzdində olan Səyyar Klubun müdiri və Gəncə şəhər 2 saylı Mədəniyyət Evinin direktoru, 1997-ci ildə Gəncə şəhər Mədəniyyət İdarəsinin baş inspektoru vəzifəsində çalışıb. İctimai əsaslarla İdarənin rəis müavini və kadrlar şöbəsinin müdiri vəzifəsini də həyata keçirib. 2004-cü ildə Gəncə Qarnizonu Zabitlər Evinin qarnizon üzrə Mədəni-bədii işlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2011-ci ildə Hərbi Qulluqçu Ailələri üzrə Təlimatçı vəzifəsinə keçirilib.
2013-cü ildə Gəncə Dövlət Dram Teatrına direktor müavini, 01.04.2014-cü ildə administrator və inzibatçı vəzifəsində çalışıb.
02 iyun 2015-ci il tarixdən isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafizəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 23 iyun 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
III dərəcəli dövlət qulluqçusudur.
1995-ci ildən YAP üzvüdür.
Ailəlidir. İki övladı var.

Prezident Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməkdaşını təltif edib

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Axundov Nəsib Asif oğlu 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 2002-ci ildə həmin Akademiyanın Aqrar mühəndislik ixtisası üzrə təhsilini bitirib. 2005-ci ildə Gəncə şəhər Kəpəz bələdiyyəsində “Vergi, ödənişlər və nəzarət şöbəsində” vergi müffətişi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Elə həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. 2007-ci ildə Akademiyanın Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. 2008-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin Reklam və Xidmət idarəsində reklam və dizayn məsələləri üzrə məsləhətçi, 2011-ci ildən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında müxtəlif vəzifələrdə çalışıb. Hazırda Şəhər təsərrüfatı şöbəsinin Baş məsləhətçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 23 iyun 2021-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
II dərəcəli dövlət qulluqçusudur.
2000-ci ildən YAP üzvüdür.
Ailəlidir. İki övladı var.

FOTO / VİDEO
VİDEO