/ / “Hədiyyə Karvanı” Gəncədə

“Hədiyyə Karvanı” Gəncədə

102 Baxış

“Hədiyyə Karvanı” Gəncədə

Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” Gəncəyə səfər edib. Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı Mehmet Mutlu, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, professor Mustafa Ilıcalı və millət vəkillərinin iştirakı ilə baş tutan görüşdə şəhid və qazi ailələrinin övladlarına hədiyyələr təqdim olunub. Onlara müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq qardaş ölkənin reallaşdırdığı bu tipli layihələrin ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı iki millət arasında olan bağlılıq bir daha öz təsdiqini tapdı. Bu birlik bütün dünyaya əbədi dərs olduğunu vuruğulayan şəhər rəhbəri belə nəcib addıma görə təşkilatçılara təşəkkür edib.
Mehmet Mutlu Gəncədə olduğundan məmnunluq hissi duyduğunu dilə gətirib. O bildirib ki, Azərbaycandan olan şəhid və qazi ailələrinin övladları bizlərə əmanətdir.

Mehmet Mutlu: “Əsas məqsədimiz bu uşaqlara sevinc bəxş etmək və hər zaman yanlarında olduğumuzu hiss etdirməkdir. Azərbaycanla birlik daima davam edəcək, sosial, iqtisadi və siyasi əlaqələrimiz daha da güclənəcək. Bu layihənin başa gəlməsində əməyi olan hər kəsə isə öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, layihə “YAŞAT” Fondu və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkənin müxtəlif bölgələrinə səfər ediləcək və həmin bölgədən olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.

“Hədiyyə Karvanı” Gəncədə
“Hədiyyə Karvanı” Gəncədə
“Hədiyyə Karvanı” Gəncədə
“Hədiyyə Karvanı” Gəncədə
“Hədiyyə Karvanı” Gəncədə
“Hədiyyə Karvanı” Gəncədə

FOTO / VİDEO
VİDEO