Gəncədə şəhid və qazi ailələri daim diqqətdə saxlanılırlar
Gülnar Fazilqızı
31-05-2021 12:13
1 058 Baxış
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyyələrinə əsasən, İcra Hakimiyyətinin əməkldaşları Vətən Müharibəsi iştirakçısı Aslanov Elnur Arzu oğlunun evində olublar. Onlar qazinin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıblar.
Bununla yanaşı, qazinin ailəsində yeni nəfəsin dünyaya göz açması münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təbrikləri çatdırılıb, oğul balanın ailəsinə, xalqına layiqli, Vətənini sevən övlad kimi yetişməsi arzulanıb. Ailəyə maddi yardım göstərilib və hədiyyələr təqdim olunub.
Qazinin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlıqlarını çatdırıblar.