/ / Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib

Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib

59 Baxış

Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkün anadan olmasının 102-ci ildönümü, Gənclər və İdman bayramı qeyd olunub. Tədbirdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk, Gəncə Uşaq Evinn sakinləri, şəhər ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 May tarixində qeyd olunan “Atatürkü Anma, Gənclər Və İdman Bayramı” tarixindən danışıb. Qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur”.

Anım mərasimində Gəncə Uşaq Evinin sakinləri Atatürkə həsr olunan şeirlər səsləndiriblər.

Tədbirdə Mustafa Kamal Atatürkdən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda Zeki Öztürk Gəncə Uşaq Evinin sakinlərinə hədiyyələr təqdim edib.

Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib
Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib
Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib
Gəncədə “19 May Atatürkü Anma, Gənclər və İdman Bayramı” keçirilib

FOTO / VİDEO
VİDEO