/ / Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib

Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib

114 Baxış

Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş qızlar və oğlanlar arasında kross idman növü üzrə şəhər birinciliyi keçirilib.
Yarışın açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimovun əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Birinciliyin açılış mərasimində çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Ulu Öndərin zəngin həyatı və fəalliyyəti haqqında söz açıb, dahi şəxsiyyətin əbədiyaşar xatirəsinin daim hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb.

Qeyd edək ki, yarış Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq, karantin rejiminin qaydalarına əsasən, açıq havada və həkim nəzarəti altında baş tutub. 1-ci, 2-ci və 3-cü yerləri qazanmış qalib idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib
Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib
Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib

Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib
Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib
Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib
Gəncədə kross idman növü üzrə şəhər birinciliyi keçirilib

FOTO / VİDEO
VİDEO