/ / Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

153 Baxış

Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin təşkilatçılığı ilə Umummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində ölkədə tədbiq olunan karantin rejiminin qaydalarına riayət etməklə Gəncə Heydər Əliyev Mərkəzinə fəal gənclərin ziyarəti baş tutub.

Ziyarət zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə rəhbərlik və gənclər tərəfindən gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığı haqqında qısa film gənclərə nümayiş olunub.

Filmin nümayişindən sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov tədbirdə çıxış edərək Ulu Öndərin həyatından və hakimiyyətdə olduğu illərdə zəngin fəaliyyətindən söz açaraq, gəncləri geniş məlumatlandırıblar.

Sonda mərkəzin bələdçiləri gəncləri Ulu Öndərin həyatının müxtəlif dövrlərini və Gəncəyə səfərlərini əks etdirən guşələrlə tanış ediblər.

Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Gəncənin fəal gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

FOTO / VİDEO
VİDEO