/ / Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib

Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib

167 Baxış

Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Zərifə Əliyevanın 98 illik yubileyinə həsr edilmiş “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib. Tədbirdə Milli Oftalmologiya mərkəzi Elmi məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb elimləri üzrə fəlsəfə doktoru, oftalmologiya cəmiyyətinin vitse-prezidenti Yazgül Abdiyeva, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Göz Xəstəxanasının baş həkimi Azər Məmmədov, Gəncənin oftalmoloqları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova bildirdi ki, aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olduğu gündür. Zərifə xanım Ulu öndər Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu və sirdaşı idi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi mətbuat və təşkilati-metodiki bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva öz çıxışında oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Qeyd edib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayan görkəmli alim bütün ömrünü oftalmologiyaya həsr edib, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Yazgül Abdiyeva həmçinin regionlarda fəaliyyət göstərən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzləri haqqında iştirakçılara məlumat verib.


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə bildirib ki, Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənmiş, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırmışdır. Görkəmli alim olmaqla yanaşı, Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.

Gəncə şəhər Göz Xəstəxanasının baş həkimi Azər Məmmədov, həkim oftalmoloq Tələt Şərifov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının həkimi Elçin Əsgərov, Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışlarında Zərifə xanım Əliyevanın oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanmasından bəhs etdiblər. Çıxışlarda qeyd olunub ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən hazırlanan təqdimatlar nümayiş olundu.

Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib
Gəncədə “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirilib

FOTO / VİDEO
VİDEO