/ / "Virtual Yaz Məktəbi"nə qatılmaq istəyənlərin nəzərinə!

"Virtual Yaz Məktəbi"nə qatılmaq istəyənlərin nəzərinə!

6 057 Baxış

"Virtual Yaz Məktəbi"nə qatılmaq istəyənlərin nəzərinə!Hörmətli yeniyetmələr, şagirdlər və valideynlər, eləcə də abituriyentlər, subbakalavrlar,

Azərbaycan Texnologiya Universitetinin (UTECA) İqtisadiyyat və İdarəetmə Fakültəsi dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq 26-28 Aprel 2021 tarixlərində "Virtual Yaz Məktəbi" təşkil ediləcək.

Məktəb daxilində dəyərli alim və mütəxəssislərimiz tərəfindən 10 modul mövzu ətrafında 10 saatı təlim, 2 saatı isə mentorluq proqramı olmaqla 3 gün ərzində 12 saatlıq onlayn sessiyalar təşkil ediləcək. Sessiyalar "Zoom" platforması üzərindən həyata keçiriləcək. Dərslər Nizami Gəncəvi və multikultiralizm irsi, şəxsi inkişaf, karyera planlama, xarici dil öyrənmə qabiliyyətləri, Azərbaycan iqtisadiyyatı, Qarabağ Zəfər Tarixi və inkluzivlik sahələrini əhatə edəcəkdir.

Virtual məktəb proqramı ödənişsiz olaraq həyata keçiriləcək və iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Layihə üçün son müraciət tarixi: 18.04.2021 saat 23:59
İştirakçı sayı məhduddur, qeydiyyat üçün tələsin.

Qeydiyyat forumu:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdQfNKGF6134guEHorIOzCgaCIZDE-ax9GRr6XgmXEsDE1Mzg/viewform?fbclid=IwAR2WvgepwjB5WKc11fZ1JGSvVUaHKWjz00oAweLsIzxSWO6UrES_t_cyNbM

Əlaqə:
(022) 257 39 98
iqtisadiyyat_fakultesi@uteca.edu.az
t.rustamov@uteca.edu.az (layihə kordinatoru)
Ünvan:
Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

FOTO / VİDEO
VİDEO