/ / Yeni yaradılan şöbəyə 200-ə yaxin müraciət daxil olub

Yeni yaradılan şöbəyə 200-ə yaxin müraciət daxil olub

930 Baxış

Yeni yaradılan şöbəyə 200-ə yaxin müraciət daxil olub

Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsi də bu kateqoriyadan olan insanların problemlərinin araşdırılması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.

Şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına” görə medalları ilə təltif olunmuş Ayxan Babayev Trend-ə açıqlamasında bildirib ki, Gəncə şəhər rəhbərliyi tərəfindən bütün qazi və şəhid ailələri diqqətdə saxlanılırlar. İcra başçısı Niyazi Bayramov Gəncənin Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini şəxsən ziyarət edir, onların qayğıları ilə maraqlanır. O qeyd edib ki, İcra hakimiyyətinin digər səlahiyyətli şəxsləri, o cümlədən şöbə əməkdaşları da qazi və şəhid ailələrini mütəmadi ziyarət edir, müraciətlərinə dair tədbirlər görür, onları narahat edən məsələlərin, problemlərin həlli ilə bağlı işlər aparırlar.

A. Babayev bildirib ki, rəhbərlik etdiyi şöbə bu günə qədər ümumilikdə 35 qazi və şəhid ailəsinə baş çəkib: “Onlardan 24-ü şəhid, qalanları isə qazi ailələridir. Şöbə fəaliyyətə başladığı müddətdən bizə 200-ə yaxin müraciət daxil olub. Öz səlahiyyətlərimiz çərcivəsində olan müraciətlər yerindəcə həllini tapmış, digər məzmunlu müraciətlər isə aidiyyati üzrə yönləndirilmişdir. Hazırda müraciətlərin daxil olması davam edir”.

Qeyd edək ki, Gəncə şəhərinin Vətən müharibəsi şəhidlərinin ümumi sayı 112 nəfərdir. Onlardan 86-sı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 26-sı isə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması zamanı şəhid olublar.

FOTO / VİDEO
VİDEO