/ / 2019-2020-ci tədris ilinin “Son zəng”i virtual təşkil ediləcək

2019-2020-ci tədris ilinin “Son zəng”i virtual təşkil ediləcək

991 Baxış

2019-2020-ci tədris ilinin “Son zəng”i virtual təşkil ediləcək

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olunacaq.

Təhsil Nazirliyindən bildirilib ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual “Son zəng”i iyunun 12-də saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.

FOTO / VİDEO
VİDEO