/ / "1918-ci ildə Ermənilər ailəmdən 6 nəfəri şəhid edib" - "A Haber"in xəbər direktoru Kerim Ulak

"1918-ci ildə Ermənilər ailəmdən 6 nəfəri şəhid edib" - "A Haber"in xəbər direktoru Kerim Ulak

188 Baxış

"1918-ci ildə Ermənilər ailəmdən 6 nəfəri şəhid edib" -

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı sadəcə ön xəttdə yox, informasiya cəbhəsində də mübarizə apardı. Həm yerli televiziya və saytların cəbhə bölgələrinə ezam edilmiş xüsusi müxbirləri, həm də xarici KİV nümayəndələri ən son məlumatların operativ şəkildə tamaşaçılara çatdırılması üçün gecə-gündüz dayanmadan çalışdılar. Erməni silahlı qüvvələrinin hərbi cinayətlərini dünya ictimaiyətinin diqqətinə çatdırmaq üçün azərbaycanlı jurnalistlərlə yanaşı, Türkiyə mediasının nümayəndələri də əllərindən gələni əsirgəmədilər. Həmin jurnalistlərdən biri də "A Haber"in Azərbaycana ezam edilmiş xəbər direktoru Kerim Ulakdır.

Məlumdur ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Təəssüf ki, media nümayəndələri arasında da bu virusa yoluxanlar var. "A Haber"in operatoru Ömer Er də bu virusa yoluxduğundan, Kerim Ulak buradakı fəaliyyətini operator Pərvin Məmmədovla davam etdirir. Hazırda müstəqil şəkildə fəaliyyət göstərən operator Pərvin Məmmədov deyir ki, Vətən müharibəsi başlanan andan qardaş ölkənin media mənsubları yanımzda oldular: "Onlara dəstək olmalı, əlimizdən gələn köməkliyi göstərməliyik. Zənnimcə bu bizim ən azı mənəvi borcumuzdur. Buna görə də sevə-sevə Kerim Ulakın operatorluğunu etməyə razılıq verdim".

Pərvin Məmmədov Gəncədə çəkiliş aparan zaman, fürsətdən istifadə edərək, canlı yayım arası Kərim Ulakla həmsöbət olub. Həmin müsahibə və canlı yayımdan kadr arxası görüntüləri təqdim edirik:

FOTO / VİDEO
VİDEO