/ / Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir

Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir

1 049 Baxış

Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda şanlı tarix yazdı, torpaqlarımız düşmən işğalından azad edildi. Hazırda bütün güclər həmin ərazilərin yenidən qurulmasına və infrastrukturun yaradılmasına yönəlib. Artıq işğaldan azad edilmiş şəhər və kəndlərin yeni baş planlarının tərtib edilməsi ilə bağlı göstəriş də verilib.

Prezident İlham Əliyev: “Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, iqtisadiyyatını da bütövləşdirir. Ermənistan işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələri ölkəmizin yaxın illərdəki sosial iqtisadi inkişafına böyük təkan verəcək. Sözsüz ki, həmin layihələrə həm dövlət, həm də özəl sahibkarlar tərəfindən böyük sərmayələr yatırılmalıdır. Bu səbəbdən bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər.

Prezident İlham Əliyev: “Biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var”.

Rahatlıqla demək olar ki, əldə edilmiz tarixi zəfər Azərbaycanı daha da cəlbedici investisiya ölkəsinə çevirib. Hərbi əməliyyatların yenidən başlanması riskinin praktik olara sıfra enməsi əcnəbi investorların Azərbaycana daha fəal şəkildə sərmayə qoymalarına səbəb olacaqdır. İşğaldan azad edilən ərazilərin bərpası yeni iqtisadi imkanlar da yaradacaq.

Prezident İlham Əliyev: “Biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları”.

Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər ki, bu cür layihələr ümumən regionun geosiyasi statusunun dəyişməsinə təkan olacaq.

FOTO / VİDEO
VİDEO