/ / İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə artıq start verilib

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə artıq start verilib

1 035 Baxış

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə artıq start verilib


Hər kəsə məlumdur ki, uzun illər Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal altında saxlayan düşmən, bu əraziləri istismar etməlkə yanaşı, orada olan infrastrukturu da dağıdıb. Prezident İlham Əliyev də işğaldan azad olunan ərazilərimizə səfəri zamanı bu yöndə ətraflı məlumat verdib. Dövlət başçısı həm də o ərazilərin tezliklə bərpa olunacağını, Qarabağın cənnətə çevriləcəyini də bəyan edib.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri yeni dövrün başlanğıcı kimi qəbul olunmalıdır. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə artıq start verilib.

Şuşa şəhəri fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Prezident İlham Əliyevin iştirakı ilə Laçının Güləbird kəndindəki Su Elektrik Stansiyası istismara verilib ki, bu SES də işğaldan azad olunan ərazilərdə istifadəyə verilən ilk elektrik stansiyasıdır. Yaxın zamanlarda Laçında dağıdılmış daha 4 SES bərpa, Kəlbəcərdəki 12 SES isə yenidən qurulacaq, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları tikiləcək. Bunlarla yanaşı erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində artıq icra edilir.

Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə suyun verilməsi azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik və heyvandarlığın sürətli inkişafını təmin edəcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edərək, məhsuldarlığın artmasına təka olacaq.

Bütün bunların fonunda onu demək olar ki, qısa zamanda işğaldan azad olunan ərazilərimizdə nəzərdə tutulan bütün sosial layihələr uğurla həyata keçiriləcək.

FOTO / VİDEO
VİDEO