/ / Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək - RƏSMİ

Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək - RƏSMİ

1 009 Baxış

Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək -

Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2020-ci il.

FOTO / VİDEO
VİDEO