/ / Azərbaycanlı gənclərdən təşəbbüs: Niderlandın dövlət rəsmiləri erməni terroru barədə məlumatlandırılırlar

Azərbaycanlı gənclərdən təşəbbüs: Niderlandın dövlət rəsmiləri erməni terroru barədə məlumatlandırılırlar

217 Baxış

Azərbaycanlı gənclərdən təşəbbüs:

Azərbaycanlı gənc Şamil Mustafayevin təşəbbüsü ilə Niderlandın Haaqa şəhərində sakinlər və dövlət rəsmiləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılırlar. Gənclər həftə içi hər gün Parlament binası önünə gələrək dinc aksiya keçirirlər. Onlar üzərinə Ermənistanın işğalçılıq siyasəti, Gəncə və Bərdədə törətdiyi terror aktları və müxtlif statistik məlumatların yazıldığı plakatlar tutaraq, Azərbaycan həqiqətləri barədə Haaqa ictimaiyyətini məlumatlandırmağa çalışırlar.

Aksiya iştirakçılarından Murad Nəbiyev bildirib ki, aksiyanın məhz parlament binası önündə təşkil edilməsində məqsəd Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və terror aktlarını Niderland hökümətinin diqqətinə çatdırmaqdır: “Bizim aksiyaya maraq göstərənlər də olur, yanmızdan ötüb keçənlər də. Həm sakinlər, həm də Parlament üzvlərindən bizə yaxınlaşanlar olur. Onlara qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat veririk”.

Haaqada tədbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq gün ərzində aksiyada 3-10 arası gənc iştirak edir.

FOTO / VİDEO
VİDEO