Bu kəndlər də işğaldan azad edildi!
Gülnar Fazilqızı
26-10-2020 13:19
985 Baxış
Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının daha bir neçə kəndi erməni işğalından azad edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində məlumat verib:
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri işğaldan azad edilib.