/ / Gədəbəyin "qanlı" alman körpüsü - VİDEO

Gədəbəyin "qanlı" alman körpüsü - VİDEO

187 Baxış

Gədəbəyin "qanlı" alman körpüsü -

Gədəbəy rayonu özünün gözəl, əsrarəngiz təbiəti, mineral suları ilə məşhur olan, hər addımında tarixin canlı səhifələri ilə üzləşdiyimiz bölgələrdən biridir. Bundan başqa rayona məşhurluq gətirən, həm də burada qızıl, kobalt və mislə zəngin mədənlərin olmasıdır. Məhz bu təbii sərvətlər, dünyaca məşhur alman brendi olan "Siemens" şirkətini, hələ 150 il əvvəl buralara gətirib.

Siemenslər Gədəbəydə əvvəl yerli sahibkarların inşa etdiyi misəritmə zavodunu alaraq yenidən qurub, burada külli miqdarda qızıl, gümüş və kobalt istehsal ediblər. Bu gün də Gədəbəy rayonunda Siemens qardaşlarının adı ilə bağlı bir çox tikili və abidələrə rast gəlmək mümkündür. Onlardan günümüzədək qismən salamat qalan və öz möhtəşəmliyi ilə daha çox seçilənləri isə "Siemens körpüləri"dir.

Gədəbəyin "qanlı" alman körpüsü -

İstehsalı artırmaq, xammal nəqlini asanlaşdırmaq üçün bu qardaşlar 1879-cu ildə Zaqafqaziyada ilk dəfə, uzunluğu 28 km olan Gədəbəy-Qarakənd dəmir yolu xəttini istifadəyə verirlər. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryolu dağlıq-dərəlik ərazilərdən keçdiyi üçün, yol üzərində daş körpülər inşa edilir. Tezliklə bu körpülərin sayı 7-yə çatdırılır. Bu körpülərdən bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Salamat qalan körpülərdə isə qismən dağılma müşahidə edilir.

Bu körpülərdən ən məşhur olanını rayon sakinləri "Qanlı körpü" adlandırıblar. Bunun da faciəli tarixçəsi var. O zaman mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib.

Gədəbəyin "qanlı" alman körpüsü -

Yerli daşlardan,qövsvari formada inşa edilmiş bu körpü nadir memarlıq nümunəsidir. Abidə zaman-zaman həm insan, həm də təbii dağıntılara məruz qalsa da, yenə öz əzəmətini və möhtəşəmliyini qoruyub saxlayı.



Məlumat və foto: sputnik.az
Vİdeo: Pərvin Məmmədov

FOTO / VİDEO
VİDEO