/ / Qazaxın su və kanalizasiya sistemi yenilənir

Qazaxın su və kanalizasiya sistemi yenilənir

1 026 Baxış

Qazaxın su və kanalizasiya sistemi yenilənir

“Azərsu” ASC regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Artıq bir ildən çoxdur ki, Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Qazax şəhərində küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də su və kanalizasiya xətlərinin çəkilişi aparılır. Hazırda şəhərin Heydər Əliyev prospektində və Azadlıq küçəsində işlər davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətindən bildirilib ki, lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən tikinti ərazisində qazıntı işləri texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilir.

Qeyd edək ki, iki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər nəzərə alınıb. Şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Üç mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

FOTO / VİDEO
VİDEO